AVROPA GƏNCLƏR FONDUNUN DİREKTORU MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Bakı, 23 aprel (AZƏRTAC). Avropa Gənclər Fondunun direktoru Jean-Claude Lazaro Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirmişdir.
Qonaq vurğulamışdır ki, artıq 2-ci dəfədir ki, Bakıya səfər edir. Bildirmişdir ki, ilk dəfə ötən il Bakıda “Dini müxtəliflikdən kənar” devizi altında keçirilən “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” adlı beynəlxalq konfransında iştirak etmişdir.
Builki səfər çərçivəsində Jean-Claude Lazaro Azərbaycanda fəaliyyət göstərən 80-ə yaxın gənclər təşkilatlarının nümayəndələri ilə görüşdüyünü bildirmiş, onların fəaliyyətləri ilə yaxından tanış olduğunu və gələcək əməkdaşlıq istiqamətinin müəyyənləşdirilməsində bu görüşün əhəmiyyətindən danışmışdır.
Azərbaycanın gənclər təşkilatlarının Avropa Gənclər Fondu ilə uğurlu əməkdaşlığından danışan qonaq bildirmişdir ki, keçən il onlara fonddan Almaniya, Serbiya, Fransa və digər ölkələrdən 17 dəfə çox qrant ayrılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]