AVROPA İNSAN HÜQUQLARI SEMİNARI BAŞA ÇATMIŞDIR
Konstitutsiya Məhkəməsinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Milli Məclis nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən yığıncaqda Avropa İnsan Hüquqları Standartlarının həyata keçirilməsində ombudsmanın, hökumətin və milli məhkəmələrin rolundan danışılmış, Avropa İnsan Hüquqları Konvensiyasının dövlət orqanlarının işində tətbiqinin vacibliyi vurğulanmışdır.
Yığıncaqda Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülmüş işlər barədə məlumat verilmiş, Avropa Sosial Xartiyasının, Avropa İnsan Hüquqları Konvensiyasının və ona əlavə Protokolların həyata keçirilməsində milli məhkəmələrin mühüm rolu diqqətə çatdırılmışdır.
Tədbirdə mövzu üzrə müzakirələr aparılmış, təkliflər verilmişdir.