AVROPA İSLAM KONFRANSI TƏŞKİLATI YARADILMIŞDIR
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, bu təşkilatın yaradılmasında Avropanın müxtəlif ölkələrinin müsəlmanları iştirak etmişlər. Avropa parlamenti və Avropa Birliyi bütün Avropa müsəlmanlarının səlahiyyətli nümayəndəsi kimi bu təşkilatı rəsmən tanımışlar.
AİKT Avropadakı müsəlmanların hüquqlarının müdafiəsinə, ayrı-seçkilik hallarına qarşı mübarizəyə yönəldilmiş bir sıra təxirəsalınmaz layihələr müəyyənləşdirmişdir. Təşkilat dinlərarası dialoqda fəal iştirak etmək, xətib və imamlar hazırlamaq, İslam elmlərinin təbliği və öyrədilməsi sistemini yaratmaq niyyətindədir. AİKT özünün başlıca vəzifəsini İslamı son vaxtlar ona qarşı tez-tez yağdırılan böhtan və iftiralardan qorumaqda görür.