Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır
Bakı, 21 oktyabr, AZƏRTACAvropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton, təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle birgə bəyanat yayaraq Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamını alqışladıqlarını bildiriblər.
AZƏRTAC Aİ-nin rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda Avropa İttifaqının Azərbaycan ilə əlaqələrə önəm verdiyi qeyd edilir və bu əlaqələrin hər iki tərəfin xeyrinə mühüm potensialının olduğu vurğulanır.
Bəyanatda, həmçinin Avropa İttifaqının Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşdüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]