Avropa İttifaqı köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi planlaşdırır
Berlin, 24 aprel, AZƏRTAC
Avropa Komissiyası on ildən artıq istismarda olan avtomobillər üçün illik məcburi texniki baxış tətbiq etməyi planlaşdırır. Yeni təşəbbüsün məqsədi yol-nəqliyyat hadisələrinin və qəza qurbanlarının sayını azaltmaqdır.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, təklifin qüvvəyə minməsi üçün Avropa Parlamenti və üzv dövlətlərin razılığı tələb olunur. Hazırda bir çox Avropa İttifaqı (Aİ) ölkəsində köhnə avtomobillər hər il texniki baxışdan keçirilir. Köhnə avtomobillər nasaz və qəza riski yüksək olmasından əlavə, ətraf mühitə daha çox zərərli maddə buraxır.
Aİ-nin Texniki Nəzarət Birliyinin məlumatına əsasən, 10–11 yaşlı avtomobillərin təxminən dörddə birində ciddi nasazlıqlar qeydə alınır. Birlik bu cür avtomobillər üçün illik texniki baxışın məcburi qaydada həyata keçirilməsini bir müddətdir təklif edir. Lakin bəzi peşəkar birliklər bu təşəbbüsə tənqidi yanaşır. Onların fikrincə, köhnə avtomobillərin daha çox qəza törətdiyini sübut etmək çətindir.
Hazırda Almaniyada avtomobillər yaşından asılı olmayaraq, hər iki ildən bir texniki baxışdan keçir. Yeni avtomobillər üçün isə ilk texniki baxış üç ildən sonra həyata keçirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]