Avropa İttifaqı Qərbi Balkan ölkələrinin üzvlük perspektivini dəstəklədiyini bəyan edib
Belqrad, 23 avqust, AZƏRTAC
Yunanıstanın paytaxtı Afinada Avropa İttifaqı (Aİ) rəsmiləri ilə Qərbi Balkan ölkələrinin rəhbərlərinin görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Serbiya Prezidenti Aleksandar Vuçiç, Monteneqro Prezidenti Yakov Milatoviç, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski və başqaları iştirak ediblər.
Aİ rəsmiləri Qərbi Balkan ölkələrinin ittifaqa üzvlük perspektivini dəstəklədiklərini bir daha bəyan ediblər. Ursula Fon der Lyayen namizəd ölkələrin Aİ-yə daha tez yaxınlaşmasının vacibliyini vurğulayıb. Avrokomissiyanın sədri ikitərəfli görüşlər də keçirib. Serbiya
Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti ilə ayrı-ayrılıqda görüşdüyünü qeyd edən Ursula Fon der Lyayen Kosovonun şimalında gərginliyin azaldılması, Aİ-nin dialoq səyləri və münasibətlərin normallaşmasına dair razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə etdiklərini bildirib.
Həmçinin Aleksandar Vuçiç və Albin Kurti arasında təkbətək görüş də olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]