Avropa İttifaqı sərhədlərindən qanunsuz keçənlərin sayı azalıb
Berlin, 12 sentyabr, AZƏRTAC
Bu ilin səkkiz ayında Avropa İttifaqı (Aİ) sərhədlərindən qanunsuz keçmə cəhdlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz azalıb. Qeyd olunan dövrdə 112 min 375 belə cəhd qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd Mühafizə Agentliyinin məlumatında bildirilib.
Ən ciddi azalmalar Qərbi Balkan (47 faiz), Şərq quru sərhədi (44 faiz) və Qərbi Afrika (52 faiz) marşrutlarında müşahidə edilib. İttifaq ərazisinə qanunsuz keçidlərdə ən çox istifadə edilən marşrut mərkəzi Aralıq dənizi olub. Qanunsuz sərhəd keçidlərinin 37 faizi bu marşrutun payına düşür. Adıçəkilən agentlik avqustda bu marşrut üzrə 41 min 900 cəhd qeydə alıb.
Aİ sərhədlərini qanunsuz keçməyə cəhd edənlər arasında ilk sırada Banqladeş, Misir və ya Əfqanıstan vətəndaşları yer alıblar.
Xüsusilə Qərbi Aralıq dənizi marşrutu üzrə qanunsuz keçidlərin sayı son vaxtlar xeyli artıb. Bu marşrut üzrə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çox cəhd qeydə alınıb. Təkcə avqustda gəlişlərin sayı 60 faiz artıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]