Avropa İttifaqı Şurasının Baş katibi Alen Berset Gürcüstana səfərə gəlib
Tbilisi, 18 dekabr, AZƏRTAC
Avropa İttifaqı Şurasının Baş katibi Alen Berset Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının məlumatına görə, səfərin məqsədi təşkilatın dəyər və prinsiplərinə tam uyğun olaraq Avropa Şurası ilə Gürcüstan arasında əməkdaşlığın davam etdirilməsi üçün şəraitin təmin olunmasıdır.
Səfər çərçivəsində Alen Bersetin Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvili və Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili ilə görüşləri nəzərdə tutulub.
Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Alen Berset işğal xəttinə bitişik kəndlərə baş çəkəcək, orada mövcud vəziyyətlə yerindəcə tanış olacaq. Avropa Şurası Baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 21-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]