AVROPA İTTİFAQININ ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSARI AZƏRBAYCANA GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Cənubi Qafqaz regionunda baş verən son hadisələr və mövcud vəziyyət Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsın Azərbaycana noyabrda gözlənilən səfərində əsas müzakirə mövzusu olacaqdır.
Avropa Komissiyasının Azərbaycandaki nümayəndəliyindən bildirmişlər ki, noyabrın 27-də Brüsseldə enerji nazirləri səviyyəsində sammit, 28-də isə geniş tərkibdə görüşlər keçiriləcəkdir. Sammitdən sonra “Bakı proses”i adlı proses başlayacaqdır. Bu prosesdə müntəzəm olaraq regional, təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.
A.Piebalqsın Bakıya səfəri zamanı Brüssel sammitində hər hansı sənədin qəbul olunması məsələsi də müzakirə ediləcəkdir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs, həmçinin Gürcüstan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Özbəkistana da səfər edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]