Avropa liderləri Rusiya aktivlərinə çıxış planı üzərində işləyirlər
Bakı, 14 iyul, AZƏRTAC
Avropa liderləri dondurulmuş Rusiya aktivlərinə çıxışla bağlı plan hazırlayırlar.
AZƏRTAC xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar layihəsinin müəllifi, amerikalı senator Riçard Blumental bu barədə CBS telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərinin heç olmasa bir hissəsinə çıxış əldə etmək istəyirlər. Riçard Blumental, həmçinin Avropa liderlərinin sanksiyalar məsələsində Vaşinqtonla “tam həmrəylik” nümayiş etdirdiyini və ABŞ tərəfindən müsadirə edilmiş 5 milyard dollarlıq aktivlərə də çıxış imkanının yarana biləcəyini vurğulayıb.
Bir müddət öncə, senator Lindsi Qrem Rusiya ilə iqtisadi əməkdaşlıq edən ölkələri tənqid edərək tezliklə onlara qarşı cavab tədbirlərinin tətbiq olunacağını bildirib. O, Hindistanı Rusiyadan ucuz qiymətə neft almaqda və daha sonra onu digər ölkələrə satmaqda ittiham edib. Bundan başqa, senator Rusiya Prezidenti Vladimir Putinə dəstəklərinin davam edəcəyi təqdirdə Çin, Hindistan və Braziliyanı bunun “ağır nəticələri” olacağı barədə hədələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]