Avropa Liqası: “Qarabağ”ın səfər proqramı açıqlanıb
Bakı, 22 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Sloveniyada "Olimpiya" klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı açıqlanıb.
Ağdam təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda avqustun 23-ü saat 11:00-da sözügedən ölkəyə yollanacaq.
Həmin gün Bakı vaxtı ilə saat 21:15-də “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı olacaq. Bundan 15 dəqiqə sonra isə Azərbaycan çempionunun media nümayəndələri üçün açıq məşqi nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 24-də “Stoyitse” stadionunda keçiriləcək “Olimpiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]