Avropa Olimpiya təsnifat turnirində ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq
Bakı, 9 mart, AZƏRTAC
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandasının martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya təsnifat turniri üçün heyəti müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq.
Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Millimizin baş məşqçisi Umberto Orta Dominqez Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Rüfət Hüseynov (52 kq), Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) Londona aparmağa qərar verib.
Abşeron Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışında olan komandalarımız hazırlığı martın 11-dək davam etdirəcəklər. Martın 12-də isə boksçularımız Böyük Britaniyaya yollanacaqlar.
Qeyd edək ki, Avropa təmsilçiləri üçün növbəti lisenziya yarışı Fransanın paytaxtı Parisdə olacaq. Dünya Olimpiya təsnifat turniri mayın 13-24-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]