Avropa Oyunları: Güllə atıcılarımız komanda yarışlarında mübarizəni dayandırıblar
Krakov, 27 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarının atıcılıq yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün qarışıq komandaların tapança ilə 25 metr məsafəyə atəşaçma yarışına start verilib.
Azərbaycan yığması da təsnifat mərhələsində gücünü sınayıb. Ruslan Lunyov və Nigar Nəsirova hədəf önünə keçiblər.
Onlar yarışı 525 xalla başa vurublar. Təmsilçilərimiz 9 komanda arasında sonuncu olublar.
Qeyd edək ki, Oyunların arxada qalan altı günündə Azərbaycan səkkiz medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i bürünc əyarlıdır. Karateçilərimiz 2 qızıl və 1 bürünc, taekvondoçularımız 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc mükafat əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]