Avropa Parlamentində Azərbaycandakı milli azlıqlarla bağlı konfrans keçirilib
Avropa Parlamentində Azərbaycanda yaşayan milli azlıqlarla bağlı konfrans keçirilib.
Konfransın keçirilməsində məqsəd “Sərhədsiz İnsan Hüquqları” təşkilatının Azərbaycanda milli azlıqların yaşayış şəraiti ilə əlaqədar apardığı araşdırmanın hesabat təqdimatı olub.
Təşkilatın rəhbəri Uilli Fotre konfransda çıxış edərək Azərbaycanda milli azlıqların sosial inteqrasiyasına və onların milli mənəvi dəyərlərinin, mədəniyyətlərinin, dillərinin qorunmasına maneələrin olmadığını bildirib. O, Azərbaycanda milli azlıqların parlamentdə də təmsil olunduğunu, bu ölkədə anti-semitizm və irqçilik hallarına rast gəlinmədiyini diqqətə çatdırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]