AVROPA STANDARTLARI MİLLİ AZLIQLARA ÖZ DÖVLƏTİNİ YARATMAĞA İMKAN VERMİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, bu fikri Rumıniya Prezidenti Trayan Besesku Berlində Beynəlxalq Bertelsmann-2006 forumunun “Balkanlar və Qara dəniz bölgəsi Avropa üçün lakmus kağızı kimi” mövzusunda keçirilən birinci iclasında münaqişələrin həllində beynəlxalq təcrübənin tətbiqinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən Vardan Oskanyanın millətlərin öz müqəddəratını təyin etməsi barədə beynəlxalq hüquq normalarının müddəalarını təhrif olunmuş şəkildə izah etməsinə cavab olaraq söyləmişdir. O demişdir: “Avropadakı səlahiyyətlərin həvalə edilməsi prinsipi, ehtimal ki, sizin danışdığınız icmalarda istifadə olunmur. Bütün Avropaya nəzər salsanız görərsiniz ki, azlıqlar müxtəlif ölkələrin daxilində muxtariyyətə malik olur, lakin beynəlxalq hüquq normaları və Avropa standartları imkan vermir ki, hər hansı bir ərazidə yığcam şəkildə yaşayan azlıq öz dövlətini yaratsın. Müxtəlif yerlərdə yaşayan azlıqlara müstəqil respublika yaratmaq imkanı verilsəydi, Avropanın indiki halını təsəvvür etmək çətin olardı. Mən hesab edirəm ki, əgər biz səlahiyyətlərin həvalə edilməsi prinsipini anlamasaq, yəni milli azlıqlara özünüidarə hüququnun verilməsini başa düşməsək, onda biz bütün Avropa üçün ümumi problem yaratmış olacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]