AVROPA ŞURASI İLƏ AZƏRBAYCAN ARASINDAKI ƏMƏKDAŞLIQ BARƏDƏ FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Səfər zamanı onlar Avropa Şurası katibliyinin Siyasi məsələlər, Sosial Birlik, Strateji Planlaşdırma, Mədəniyyət, Təhsil, Gənclər direktorluqlarında, Parlament Assambleyasının müvafiq bölmələrində görüşlər keçirmiş, qurumla Azərbaycan arasında əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparmışlar. Fikir mübadiləsi zamanı qeyd edilmişdir ki, müstəqillik əldə etdikdən sonra demokratik inkişaf yolunu seçmiş Azərbaycanla dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurası arasında sıx əməkdaşlıq mövcuddur. Qurum ölkəmizdə gedən demokratik prosesləri həmişə dəstəkləyir, Ermənistan–Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə sülh yolu ilə həll olunmasına ciddi səy göstərir.
Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.