Avropada gənclər arasında koronavirusa yoluxma halları artır
Bakı, 29 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada gənclər arasında koronavirusa yoluxma hallarının artması barədə xəbərdarlıq edib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu barədə ÜST-nin Avropa regional direktoru Hans Klüqe deyib.
“Biz gənclər arasında yeni yoluxma hallarının çoxalması ilə bağlı bir neçə səhiyyə orqanından məlumat alırıq”, - deyə Hans Klüqe bildirib. “İki qız atası olaraq gənclərin yay mövsümünü əldən buraxmamaq istəyini başa düşürəm. Lakin onlar özləri, valideynləri, nənə və babaları, icmaları qarşısında məsuliyyət daşıyırlar. İndi biz sağlam tərzdə davranış qaydalarını bilirik və bundan istifadə etməliyik”, - deyə ÜST nümayəndəsi əlavə edib.
Hans Klüqe gənclər arasında xəstəliyin artmasının bütün qitədə infeksiyanın yayılma dalğasının güclənməsi səbəbindən baş verdiyini istisna etmir. Buna görə də hakimiyyət orqanları yoluxma riskinin azaldılması qaydalarına riayət edilməsinin vacibliyini izah etmək üçün cəmiyyətin gənc üzvləri ilə yaxşı ünsiyyət qurmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]