AVROPALI GƏNCLƏR AZƏRBAYCANLI YAŞIDLARININ FƏALİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR
Qonaqlar avqustun 15-də Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının, Gənc Hüquqşünaslar Birliyinin, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının ofislərində olmuşlar. Onlara təşkilatların fəaliyyəti, həyata keçirdikləri layihə və proqramlar barədə məlumat verilmişdir. Nümayəndə heyəti Azərbaycanın Avropaya inteqrasiyasında bu qurumların rolu, ölkədə həyata keçirilən hüquq islahatlarının gedişi, vətəndaş cəmiyyətinin inkişafında gənc hüquqşünasların iştirakı, qaçqın və məcburi köçkün gənclərin mövcud problemləri, onların sosial–psixoloji vəziyyəti ilə tanış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]