Avropanın bir sıra aparıcı klubları “Monako”nun yarımmüdafiəçisini heyətinə qatmaq üçün mübarizə aparır
Bakı, 30 yanvar, AZƏRTAC
İspaniyanın “Barselona”, İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları “Monako”un yarımmüdafiəçisi Yuri Tilemansı transfer etmək üçün mübarizə aparacaqlar.
AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, Avropanın aparıcı klubları 21 yaşlı futbolçunu heyətə qatmaqla yarımmüdafiə xəttini gücləndirmək istəyirlər.
Fransa təmsilçisi transferə müsbət yanaşdığı və yenidən komandanın sükanı arxasına gətirilən Leonardo Jardimin bu keçidə razılıq verdiyi bildirilir.
Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm “Monako”un heyətində iştirak etdiyi 30 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]