“AVROVİZİYA” MAHNI MÜSABİQƏSİNİN QALİBİ UKRAYNA BAŞ NAZİRİNİN MÜŞAVİRİ TƏYİN EDİLMİŞDİR
Baş nazirin mətbuat katibi Anna German jurnalistlərə bildirmişdir ki, Ruslananın bu vəzifəyə təyin olunması haqqında müvafiq qərar imzalanmışdır. Mayın 20-də V.Yanukoviç özünün yeni müşaviri ilə görüşərək, qələbə münasibətilə müğənniyə təbrikini bildirmiş, bürüncdən hazırlanmış kazak heykəlini, Nazirlər Kabinetinin Fəxri fərmanını və “baş nazir saatını” ona təqdim etmişdir. Görüşdə “Avroviziya” mahnı müsabiqəsinin gələn il Ukraynada keçirilməsinin perspektivlərini müzakirə olunmuşdur.
Bundan bir gün əvvəl isə Prezident Leonid Kuçma da Ruslananı qələbə münasibətilə təbrik etmiş və ona “Ukraynanın xalq artisti” adı vermişdir.
Xatırladaq ki, Ruslana Lıjiçko bu yaxınlarda İstanbulda keçirilən 49-cu “Avroviziya” mahnı müsabiqəsinin qalibi olmuşdur. Beləliklə, “Avroviziya-2005” Kiyevdə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]
Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]