Avstriya Suriya qaçqınları üçün humanitar yardımın həcmini artırıb
Vyana, 19 sentyabr, AZƏRTAC
Avstriya hökuməti Suriyada qaçqınlara dəstək üçün öz humanitar yardım vəsaitlərini artıracaq.
Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, Avstriya İnkişaf Agentliyinin Müşahidə Şurası Avropa İttifaqının (Aİ) Suriya üçün Himayə Fonduna əlavə dörd milyon avro köçürülməsi barədə qərar qəbul edib. Bununla da Avstriyanın cari il ərzində Suriyaya ayırdığı humanitar yardımların həcmi 17,5 milyon avroya çatıb.
Avstriyanın Xarici İşlər Naziri Aleksander Şallenberq bildirib ki, Avstriya bundan sonra da Suriya münaqişəsindən əziyyət çəkən insanlara yardım göstərəcək, regionda iş və tədris perspektivlərini yaxşılaşdırmaq üçün humanitar fəaliyyəti davam etdirəcəkdir.
Qeyd edilməlidir ki, Avstriya Aİ ölkələri arasında yuxarıda qeyd edilən fondun üçüncü ən böyük donorudur. 1,8 milyard avro həcmində dotasiyaya malik bu fondun vəsaitləri Suriyadakı münaqişədən əziyyət çəkən qaçqınların iqtisadi, sosial, tədris və digər problemlərinin aradan qaldırılması üçün həm Suriyada, həm də qaçqınları qəbul edən ölkələrdə layihələrə cəlb olunur. Suriya münaqişəsi nəticəsində beş milyondan artıq insan qonşu Türkiyə, Livan və İordaniyada sığınacaq tapıb, altı milyon insan isə ölkə daxilində məcburi köçkünə çevrilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]