AVTOMAŞIN OĞURLUĞU İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Ruzigər Mirzəyevə məxsus “VAZ-2107” markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Orxan Abdullayev tutulmuşdur.
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Elman Şıxəliyeva məxsus “Moskiviç-412” markalı avtomaşını qaçırmış Taleh Hüseynov həbs edilmişdir. Araşdırma zamanı T.Hüseynovun martın 5-də Viktoriya Buqriyevaya məxsus “Opel” və mayın 28-də Asif Qurbanova məxsus “Mercedes” markalı avtomaşınlardan oğurluq etməsi də müəyyən edilmişdir.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]