“AvtoVAZ” yeni avtomobil modeli yarada bilər
Bakı, 16 dekabr, AZƏRTAC
“AvtoVAZ” 2024-cü ildə Rusiya bazarına yeni avtomobil modeli ilə çıxa bilər.
AZƏRTAC “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, bu fikirləri şirkətin başçısı Maksim Sokolov bildirib.
“Bildiyim qədər, zavod Sankt-Peterburqda işləyir. Hətta Yeni il bayramlarında da fəaliyyət göstərəcək. “X-Cross 5” (yaxud digər “X”) orada istehsal olunub və bundan sonra da istehsal olunacaq. Bu, o deməkdir ki, satılacaq da. Məqsəd müştəri məmnuniyyətidir. Ehtimal ki, biz gələn il yeni brendlə, yeni model çeşidi ilə çıxacağıq”, - deyə nəşr M.Sokolovun “Lada” zavodunun Sankt-Peterburqda fəaliyyəti barədə suala cavabından sitat gətirir.
Bundan əvvəl məlum olmuşdu ki, “AvtoVAZ” İjevskdəki zavodda “Lada Largus” elektrik modifikasiyasının istehsalına başlayır. Birinci partiyadan olan “30 e-Largus”dan sınaqlarda və sertifikatlaşdırılmada istifadə etmək planlaşdırılır. Benzinlə işləyən versiyası da daxil olmaqla, “Lada Largus”un kütləvi buraxılışı İjevskdə 2024-cü ilin mayına nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]