Aynur Sofiyeva: Yay düşərgələrinin məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkilidir
Bakı, 22 avqust, AZƏRTAC
Biz uşaqlar üçün mütəmadi olaraq yay düşərgələri təşkil edirik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilən belə düşərgələr nəinki Bakıda, ölkəmizin digər regionlarında da keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, yay düşərgələrinin əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların düzgün istiqamətdə yönləndirilməsidir.
Bu gün açılışı keçirilən düşərgə barədə danışan komitə sədrinin müavini bildirib: “Bu düşərgədə 10 gün müddətində görüləcək əsas işlər uşaqlarda müsbət keyfiyyətlərin formalaşdırılması, aktual, maraq doğuran sahələrdə onlarla təlimlərin keçirilməsi və günlər üzrə iştirakçıların özlərinin uğur hekayələri olan peşəkar şəxslərdən təlim almalarına yönləndirilməsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]