Azad edilmiş ərazilərlə bağlı İşçi Qrupunun iclası keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib. İştirakçılar arasında “Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, şirkətin digər rəhbər işçi heyəti yer alıb.
"Azəristiliktəchizat" ASC -nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İşçi Qrupunun iclasında işğaldan azad olunan Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
İclasda Qazaxıstan şirkətləri tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinə, şəhər mərkəzində tikilən çoxmənzilli binalara, həmçinin Özbəkistanın inşa etdiyi 960 şagird yerlik orta məktəb binasında aparılan işlərə baxış keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]
Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir VİDEO
- 06.10.2026 [13:01]