AZAL komandası “Neftçi”ni minimal hesabla məğlub edib
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Topaz Premyer Liqasının XVII turuna Bakıda keçirilən oyunla yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün sonuncu qarşılaşmasında “Neftçi” “Bakcell Arena”da AZAL-ı qəbul edib. Əsgər Abdullayevin baş məşqçi təyinatından sonra məğlubiyyət görməyən “Neftçi” son üç turda uduzmayan AZAL ilə qarşılaşmadan xalsız ayrılıb - 0:1. Oyunun 29-cu dəqiqəsində Ruslan Nəsirli AZAL-ın qalibiyyət qolunu vurub.
Bununla da AZAL cari mövsümdə səfərdə ilk qələbəsinə sevinib. “Flaqman” isə bu oyunda xal itirməklə hazırda qərarlaşdığı 5-ci pilləni də əldən verib. Belə ki, bu oyundan sonra “Neftçi” beşinci pillədən altıncı sıraya yuvarlanıb. Xallarının sayını 19-a çatdıran Tərlan Əhmədovun komandası isə yeddinci pilləyə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]