AZAL Qurban bayramı münasibətilə bütün istiqamətlərə 20 faiz güzəşt edir
Bakı, 27 iyun, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) Qurban bayramı münasibətilə aviabiletlərə 20 faiz güzəşt təqdim edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, endirimli aviabiletləri iyunun 28-dən iyulun 2-dək əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr tarixlərində mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur.
Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər.
20 faiz güzəşt çarter, kod-şerinq reysləri istisna olmaqla AZAL-ın bütün reyslərinə şamil edilir.
Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə Çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]