“AZƏR-ÇEX” CƏMİYYƏTİ MİLLİ ŞƏNLİKLƏR ÜÇÜN AYRILMIŞ QRANT LAYİHƏSİNİN QALİBİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Azər-Çex” Cəmiyyəti Çexiya Respublikasında ilk dəfə olaraq milli şənliklər üçün ayrılmış qrant layihəsinin qalibi olmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, “Azər-Çex” Cəmiyyəti Çexiyanın ictimai-siyasi həyatında fəal rol oynayan təşkilatlardan biridir.
Cəmiyyət Azərbaycanın milli adət-ənənələrinin təbliği, onun tarixi və həqiqətlərinin Çexiya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə dəfələrlə tədbirlər keçirmişdir. Belə tədbirlərdə Çexiya vətəndaşları ilə yanaşı, bu ölkədəki digər diaspor təşkilatlarının üzvləri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]