“Azerbaijan International 2019” badminton turnirinin ikinci gününün görüşləri başlayıb
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də “Azerbaijan International 2019” badminton turnirinin ikinci gününün yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, beş kateqoriya üzrə keçirilən turnirin ikinci günündə saat 09:00-dan 12:00-dək təsnifat, ardınca əsas və 1/32 final mərhələlərinin görüşləri keçiriləcək. Turnirdə 39 ölkədən 248 badmintonçu yarışır.
“Azerbaijan International 2019” badminton turnirinin gedişini Avropa Badminton Konfederasiyasının rəsmi “YouTube” kanalından canlı izləmək mümkündür. Həmçinin nəticələr Dünya Badminton Federasiyasının rəsmi saytında onlayn qaydada yerləşdirilir.