Azərbaycan 10 ayda ən çox İtaliyaya məhsul göndərib
Bakı, 30 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, 10 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 880,1 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 319,7 milyon dollar, Rusiyaya isə 565,5 milyon dollar dəyərində olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 221,2 milyon dollar, Türkiyə ilə 3 milyard 591,6 milyon dollar, Rusiya ilə 2 milyard 194,9 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]