“AZƏRBAYCAN” ANSAMBLI KİYEVDƏ ÖZ MƏHARƏTİNİ BİR DAHA GÖSTƏRMİŞDİR
Kiyev, 21 aprel (AZƏRTAC). Ukraynanın paytaxtı Kiyevin ən yaxşı mədəniyyət evlərindən birində “Rəqs etmək məharəti” III beynəlxalq uşaq festivalı başa çatmışdır. Festivalda Azərbaycan, Bolqarıstan, Almaniya, Gürcüstan, Polşa, Çexiya və Ermənistanın gənc rəqqasları iştirak etmişlər.
Ölkəmizi tədbirdə Ukrayna Azərbaycanlıları Konqresi Kiyev şəhər təşkilatının “Azərbaycan” ansamblının xoreoqrafiya qrupu təmsil etmişdir. Qrupun bədii rəhbəri Ukraynanın əməkdar artisti Qurban Abbasovdur.
Gənc rəqqaslarımızın ifasında Azərbaycan milli rəqsləri tamaşaçılar və mötəbər münsiflər heyəti tərəfindən hərarətlə qarşılanmışdır. Rəqqaslar festivalın diplomlarına layiq görülmüşlər.
Gürcüstan və alman rəqqasları da müsabiqənin laureatları olmuşlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]