AZƏRBAYCAN ARTIQ BEYNƏLXALQ TRANZİT ÖLKƏYƏ ÇEVRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr olunmuş konfransda məlumat vermişdir. Dövlət başçısının sözlərinə görə, artıq neft-qaz ehtiyatlarını işə salan Azərbaycan öz enerji potensialından səmərəli istifadə etməlidir. Son aylar ərzində bölgədə yaşanan enerji böhranı göstərdi ki, Azərbaycanın önəmi artmışdır. Azərbaycan artıq Asiyadan və başqa ölkələrdən Avropaya gedən enerji dəhlizini təmin edən bir ölkədir. Yəni, təkcə nəqliyyat baxımından yox, eyni zamanda enerji daşıyıcılarını Asiyadan, başqa ölkələrdən Avropaya çatdırmaq üçün tranzit ölkəyə çevrilmişdir. Bu istiqamətdə bizim fəaliyyətimiz düşünülmüşdür və uzunmüddətlidir.