AZƏRBAYCAN AVARÇƏKƏNLƏRİ “BÖYÜK MOSKVA REQATASI”NA HAZIRLAŞIRLAR
Bakı, 18 may (AZƏRTAC). Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası iyunun 5-də start götürəcək “Böyük Moskva reqatası”nda mübarizə aparacaqlar. Rusiyanın paytaxtında keçiriləcək yarış 3 gün davam edəcəkdir.
Sayca 48-ci dəfə təşkil olunacaq turnirə hazırlıq məqsədi ilə avarçəkənlərimiz yığmamızın məşqçiləri Samir Məmmədov və Aleksandr Barabanovun rəhbərliyi ilə Mingəçevir şəhərində təlim-məşq toplantısına başlamışlar. “Kür” Təlim-Tədris Mərkəzində keçirilən hazırlıq prosesində 11 idmançımız - Cavid Əfəndiyev, Toğrul Qurbanzadə, Aleksandr Jdanov, Kamal Məmmədov, Mirzağa Eyvazov, Turqay Məmmədov, Sərxan Hüseynov, Kərim Əsgərov, Telman Həbibli, Kamran Yusubov və Fuad Mirzəyev iştirak edirlər.
Moskvaya gedəcək heyət idmançılar arasında keçiriləcək yoxlama xarakterli yürüşdən sonra müəyyənləşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]