AZƏRBAYCAN AVROPA ÜÇÜN ÇOX ÖNƏMLİ ÖLKƏYƏ ÇEVRİLİR
Azərbaycanın bütövlükdə Avropa üçün çox önəmli ölkəyə çevrildiyini deyən Prezident söyləmişdir ki, həm coğrafi vəziyyətimiz, eyni zamanda, təbii sərvətlərlə zəngin olmağımız, son müddət ərzində dünyada enerji təhlükəsizliyi məsələlərinin kəskinləşməsi və ön plana çıxması Azərbaycanın nə qədər önəmli ölkə olduğunu bir daha sübut edir.
Azərbaycanın MDB, GUAM, Avropa Şurası və başqa təşkilatlarla da çox səmərəli işbirliyi, əməkdaşlıq etdiyini önə çəkən dövlətimizin başçısı demişdir: “Biz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və bu təşkilatlarda fəaliyyətimiz, əlbəttə, Azərbaycanın milli maraqlarının müdafiə olunmasına xidmət göstərir. Eyni zamanda, müxtəlif təşkilatlara üzv olmağımız, əlbəttə, Azərbaycanda gedən proseslərə də müsbət təsir göstərir. Misal üçün, Avropa Şurasında bizim fəaliyyətimiz, bir tərəfdən, Azərbaycanın maraqlarını müdafiə edir, digər tərəfdən, Azərbaycanda demokratik proseslərin sürətlənməsinə xidmət göstərir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]