Azərbaycan badmintonçusu Peruda bürünc medal qazanıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “International challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, o, şəxsi yarışda yarımfinal mərhələsinə kimi Kanada, Kuba və İrlandiya təmsilçilərini mübarizədən kənarlaşdırıb.
Badmintonçu finala gedən yolda turnirin qalibi yaponiyalı Kaoru Sugiyamaya 0:2 (14-21,8-21) hesabı ilə uduzaraq üçüncü yeri tutub və hesabına 2 800 reytinq xalı yazdırıb.
Kişi badmintonçuların şəxsi yarışında mübarizə aparan Edi Reski Dviçayo isə 1/4 finalda mübarizəni dayandırıb. Meksika və Norveçi təmsil edən badmintonçulara qalib gələrək ən güclü “səkkizliy”ə yüksəlməyi bacaran idmançı bu mərhələdə Qvatemala badmintonçusu Kevin Cordonla bacarmayıb - 1:2 (22-20,18-21,11-21). Edi Reski Dviçayo yekunda 2 200 reytinq xalı qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]