AZƏRBAYCAN BAŞ NAZİRİNİN GÜRCÜSTANA SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasında iştirak etmək üçün avqustun 16-da Gürcüstanın Batumi şəhərinə gəlmişdir. Nümayəndə heyətini Batumi yaxınlığındakı Kopitnari beynəlxalq hava limanında Gürcüstanın baş naziri Zurab Noğaideli qarşılamışdır.
Bu gün baş nazirlərin təkbətək görüşü və Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası nəzərdə tutulmuşdur. Komissiyanın iclasında iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin, nəqliyyat, energetika və gömrük sisteminin inkişafı, maliyyə iddialarının tənzimlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.
Avqustun 17-də Batumidə baş nazirlərin iştirakı ilə geniş tərkibli şirkətlərin cəlb olunduğu Azərbaycan-Gürcüstan biznes forumu açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]