Azərbaycan Basketbol Federasiyasının əməkdaşı “FIBA Avropa”nın videokonfransında iştirak edib
Bakı, 20 aprel, AZƏRTAC
Avropa Basketbol Federasiyasının (FIBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan bir sıra milli federasiyaların iştirakı ilə növbəti videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda üzv ölkələrdə koronavirus pandemiyasının dinamikası, mövcud vəziyyət və milli federasiyaların fəaliyyəti müzakirə edilib.
Çıxış edən Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov ölkəmizdə mövcud vəziyyət, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər və federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
İki saat davam edən onlayn konfransda Avropanın milli basketbol federasiyalarının rəsmiləri ilə yanaşı, Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zagklis, “FIBA Avropa”nın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jan-Pier Suitat, vitse-prezidentlər Karmen Tocala və Con Qonsalves, icraçı direktor Kamil Novak iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]