Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan bütün dünyada sülh və birgəyaşayışı təşviq edir

Azərbaycan bütün dünyada sülh və birgəyaşayışı təşviq edir

Bakı, 12 sentyabr, AZƏRTAC

Bütün dünya etiraf edir ki, Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Çünki məhz Azərbaycanın rəhbərliyi və təşəbbüsü ilə Bakı son illərdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Svilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, dünya dini liderlərinin sammitləri Azərbaycanın multikulturalizmə və tolerantlığa həm də bəşəri hadisə kimi yanaşdığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Analitik Qrupunun hazırladığı “Azərbaycan bütün dünyada sülh və birgəyaşayışı təşviq edir” sərlövhəli məqalədə bildirilib. Qeyd olunub ki, Vətən müharibəsi dövründə Ermənistan dəfələrlə xristian təəssübkeşliyindən istifadə edib dəstək qazanmağa, din amilindən yararlanaraq Azərbaycanın haqq işinə kölgə salmağa çalışdı və bu işə ermənilərin siyasi dairələri ilə yanaşı, din xadimləri də fəal qoşulmuşdu. Onlar mütəmadi olaraq müxtəlif dini mərkəzlərə və onların rəhbərlərinə Azərbaycan haqqında böhtan xarakterli məktublar ünvanlayırdılar. Ancaq o müraciətlərin heç birinə reaksiya verilmədi. Çünki müraciətlərin ünvanlandığı liderlər və dini mərkəzlər ölkəmizdəki proseslərdən, Azərbaycan Prezidentinin, hökumətinin və xalqının dinlərə, dini abidələrə münasibətindən yaxşı xəbərdar idilər. Ermənistanın əlləri hər yerdən üzüləndə bu dəfə bütün dünyanı yeni süni problemə kökləməyə cəhd etməyə - Qarabağdakı xristian abidələrinin guya təhlükədə olması ilə bağlı təxribat xarakterli məlumatlar yaymağa başladı. Lakin bu da səmərəsiz oldu, Azərbaycanın beynəlxalq səviyyədə tolerantlığa və multikulturalizmə olan böyük dəstəyi bu cür mənasız manipulyasiyaların da qarşısını uğurla aldı. Çünki beynəlxalq ictimaiyyət bəşəriyyətin dini-mədəni incilərinə Azərbaycanın münasibətini yaxşı bilir. Hətta Roma Papası Fransisk 2016-cı ildə Bakıda olanda bəyan etmişdi ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlığın hökm sürdüyü məkandır. Bu fikir özlüyündə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası prosesdəki rolunu təsdiqləyən, onu nümunə göstərən əhəmiyyətli bəyanat idi.

Bildirilib ki, Azərbaycan nəcib missiyasını bu gün də davam etdirir. Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının bərpasında iştirakı deməyə əsas verir ki, Azərbaycan mədəni-dini müxtəliflik siyasətinə sadiqdir və bu ənənələr keçmişdə olduğu kimi, bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən və Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikasının bərpası ilə bağlı Heydər Əliyev Fondu ilə Vatikan şəhəri dövləti üzrə qubernatorluğu arasında imzalanan müqavilə Azərbaycanın xristian dünyasına töhfəsi olmaqla, dünyadakı müxtəlif dini təşkilatlarla əlaqələri daha da gücləndirməyə xidmət edən mühüm hadisədir. Məhz bu hadisə hələ 2012-ci ildə Vatikanda öz sərgisini keçirərək ilk müsəlman ölkəsi kimi tarixə düşən Azərbaycanın dinlərarası həmrəyliyin əldə olunmasındakı tarixi missiyasının uğurlu davamı hesab edilə bilər. Ölkəmizin dini-mənəvi bütövlüyünün qorunması sahəsində tarix boyu qazandığı təcrübə, formalaşmış dövlət siyasəti və beynəlxalq səviyyədə atılan addımlar bəşəriyyətin gələcəyinin sülh və birgəyaşayışdan keçdiyini təsdiqləyir.

Azərbaycan həm dövlət səviyyəsində, həm də Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin bərpasında, həmçinin qorunmasında uğurla iştirak edib. Məsələn, Bakı və Azərbaycan Yeparxiyası üçün Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa olunub. Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələri təmir edilib. Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi də Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.

Diqqətə çatdırılıb ki, bundan başqa, Azərbaycan beynəlxalq miqyasda da xristian irsinin qorunmasına mühüm töhfələr verib. Vatikanda yerləşən Müqəddəs Marçellinio və Pietro katakombaları Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış saziş çərçivəsində bərpa olunub və bu, xristian dünyasında ilk hadisə idi ki, müsəlman ölkəsi xristian abidələrinin qorunması ilə bağlı Vatikanın müraciətinə müsbət cavab vermişdi. Azərbaycan Parisdəki Luvr muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb. Ümumiyyətlə, bu cür nümunələr olduqca çoxdur və bütün bunların müqabilində Qərbin Ermənistanın təhriki ilə Qarabağdakı xristian abidələrinin taleyi ilə bağlı narahatlığı başadüşülən deyil. Halbuki indi kilsə dərdində olanlar düşünmürlər ki, 30 illik işğal dövründə Ermənistan Qarabağ və ətrafındakı rayonlarda mövcud olan məscidlərimizi tamamilə dağıdıb, Azərbaycan xalqının, ümumiyyətlə bütün müsəlman dünyasının dini hisslərini ən ağır formada təhqir edib. Qəribəsi odur ki, onlar təkcə müsəlman dini ocaqlarına qarşı deyil, xristianlığın digər təriqətlərinə aid məbədləri də yerlə yeksan ediblər. Yəqin ki, ermənilərin vaxtaşırı üz tutduqları dairələr onların Xocavənd rayonunda inşa edilmiş və 1894-cü ilə aid Rus Pravoslav Kilsəsini necə dağıtdığından xəbərdardır. Onlar onu da yaxşı bilirlər ki, erməni kilsəsi müsəlman və digər qeyri-xristian qruplara qarşı dözümsüzlük, xüsusilə müsəlmanlara və azərbaycanlılara qarşı kəskin düşmənçilik şəraitində fəaliyyət göstərir. Dövlət siyasəti və cəmiyyətin bəzi seqmentləri bu dözümsüzlüyü davam etdirir, nəticədə dini azlıqların hüquqları məhdudlaşdırılır və onların mövcudluğu təhlükə altına düşür.

“Qurani-Kərim”də buyurulur: “Allahın məscidlərində onun, yəni Allahın adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir”. İncildə isə yazılır: “Kim Allahın məbədini məhv edirsə, Allah da onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov