AZƏRBAYCAN CÜDOÇULARI BRAZİLİYAYA YOLA DÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-dən 16-dək Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə kişi və qadınlar arasında XXV dünya çempionatı keçiriləcəkdir.
Azərbaycan cüdo üzrə milli komandasının üzvləri dünya çempionatında iştirak etmək üçün Braziliyaya yola düşmüşlər. Cüdoçularımız dünya çempionatına son hazırlıq məşqlərini həmin ölkədə davam etdirdikdən sonra yarışlara qatılacaqlar.
Çempionat lisenziya xarakterlidir və hər çəki dərəcəsində ilk beş yerin sahibi olacaq idmançı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqdır.
Baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi ilə çempionatda ölkəmizi cüdoçular - Kifayət Qasımova (57 kq), Ramilə Yusubova (63 kq), Elçin İsmayılov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) təmsil edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Zakir Məmmədov, məşqçilər - Hacıağa Hacıəhmədov, İbadulla Şabanov, Əli Dəvrişov və komandanın baş həkimi Kamil İsgəndərov da idmançılarımızla birgə Braziliyaya yola düşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]