Azərbaycan cüdoçusu bürünc medal uğurunda yarışacaq - YENİLƏNİB
Tbilisi, 19 aprel, AZƏRTAC
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal uğurunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionu yarımfinalda niderlandlı Simeon Katarinaya məğlub olaraq üçüncülük uğrunda görüşə vəsiqə qazanıb.
Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) bürünc medala sahib çıxıblar.
Turnirə bu gün yekun vurulacaq.
12:48
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionu 1/4 finalda macarıstanlı Zsombor Veqə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Zelim Tçkayev (81 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar. Turnirə bu gün yekun vurulacaq.
Müxbir - Aynur Əlixanlı