Azərbaycan cüdoçusu “EYOF Bakı 2019”un finalına yüksəlib
Bakı, 24 iyul, AZƏRTAC
Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, oğlanların yarışında uğurla çıxış edən Turan Bayramov (60 kq) yarımfinalda türkiyəli idmançı Muhammed Demirele vazari xalı ilə qalib gələrək finala yüksəlib. İdmançımız finala gedən yolda Adam Saferini (Avstriya), daha sonra yunanıstanlı Mikis Tontimidisi ipponla məğlub edib.
Qadın güləşçimiz Gülşən Bəşirova (44 kq) isə təsəlliverici görüşə qatılıb. İdmançımız birinci qarşılaşmada polşalı Nataliya Stoklosanı məğlubiyyətə uğradıb.