Azərbaycan derbisi: Ümumilikdə 103 oyunçu rəqib qapılarına yol tapıb
Bakı, 5 noyabr, AZƏRTAC
"Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikası açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, derbilərdə ilk qolu Zaur Qarayev ("Qarabağ" ) vurub - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.
“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.
Derbidə 103 futbolçu rəqib qapısına qol vurub. "Qarabağ"ın 55 oyunçusu qol sevinci yaşayıb.“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.
Mahir Emreli ("Qarabağ") derbilərin bombardiridir – 9 qol.
Növbəti derbisinə çıxacaq Abdullah Zubir ("Qarabağ") 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.
“Neftçi" nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqlənib.
Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]