AZƏRBAYCAN DİASPORU SANKT-PETERBURQUN İCTİMAİ-SİYASİ, İQTİSADİ HƏYATINDA FƏALDIR
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, mayın 24-də Sankt-Peterburqda fəaliyyət göstərən milli-mədəni birliklərin “Çoxnövlükdən birliyə” adlı gənclər üzrə layihələrinin 1-ci Festivalı keçirilmişdir.
Festival Sankt-Peterburq şəhər administrasiyasının beynəlxalq əlaqələr komitəsinin nəzdində fəaliyyət göstərən Xaricdə yaşayan soydaşlar və Sankt-Peterburqdakı milli-mədəni birliklərin gənclər İctimai Şurasının tolerantlıq proqramı çərçivəsində təşkil olunmuşdu.
Tədbirin ilk günündə ümumi iclasda Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxış edərək şəhərdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin bugünkü vəziyyəti, problemləri, milli dözümlülük, diasporun gənclərlə bağlı aktiv fəaliyyəti barədə məlumat vermişdir.
Şəhər administrasiyasının nümayəndələri Sankt-Peterburq şəhərində güclü Azərbaycan diasporunun olduğunu xüsusi vurğulayaraq, şəhərin siyasi-ictimai və iqtisadi həyatında soydaşlarımızın aktiv rolunu qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]