Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan əleyhinə qətnamə layihəsinin müəllifi islamofobiya xəstəliyinə yoluxmuş Fransadır

Azərbaycan əleyhinə qətnamə layihəsinin müəllifi islamofobiya xəstəliyinə yoluxmuş Fransadır

Bakı, 16 mart, AZƏRTAC

Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul etməyə hazırlaşır. İlkin məlumata görə, AP “Azərbaycanın Ermənistana hərbi təcavüzü”, “Laçın yolunun blokadası”, “Minsk qrupu”, “Dağlıq Qarabağın statusu” kimi sərsəm, reallıqdan uzaq və qərəzli məsələləri müzakirəyə çıxaracaq. Bu mövzular Azərbaycan cəmiyyəti üçün heç bir sürpriz, şok effekti yarada bilməz. Otuz ildən yuxarıdır ki, ermənilərin himayəçiləri belə ürəkbulandırıcı mövzularla Qarabağ münaqişəsinin ədalətli həllinə mane olurdular.

Özlərini demokratik dəyərlərin qoruyucusu elan edən Avropa ölkələri Avropa Parlamentində 732 kresloya sahibdirlər. Onların siyahısına nəzər saldıqda aydın olur ki, əksəriyyəti həm Azərbaycana, həm də Türkiyəyə qarşı qısqanc, ədalətsiz siyasi mövqe sərgiləyirlər. Qırx dörd günlük Vətən müharibəsində biz onların iç üzlərini gördük. Bu baxımdan qəbul olunan və olunacaq qərarlarda qərəz açıq-aydın görünür. Heç kəsdə şübhə doğurmur ki, Azərbaycan əleyhinə qətnamə layihəsinin əsas müəllifi islamofobiya və türkofobiya xəstəliyinə yoluxmuş Fransa siyasətçiləridir.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Fransa özünün neomüstəmləkəçilik siyasətini Cənubi Qafqazda yürütmək istəyir. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardan istifadə edən Paris bölgəyə nüfuz etmək, ölkələri özündən asılı duruma salmaq istəyir. Amma görəndə ki, Azərbaycan dövləti və onun rəhbərliyi müstəqil xarici siyasət yürüdür və heç bir kənar qüvvələrin məkrli planlarında yer almaq istəmir, o zaman siyasi təzyiq rıçaqları işə düşür. Fransa və onun kimi ölkələr Avropa Parlamentindən onlara tabe olmayan dövlətlərə qarşı silah kimi istifadə edirlər.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın forpostu deyil. Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılan KTMT-nin, Avrasiya İttifaqının, Gömrük İttifaqının üzvüdür. Ermənistanın sərhədlərini Rusiya ordusu qoruyur. Belə olan halda Avropa Parlamentinin İrəvana hamilik etməsi, Azərbaycana qarşı qərəzli qətnaməni müzakirəyə çıxarması heç cür başadüşülən deyil.

Deputat qeyd edib ki, son dövrlər Avropa Parlamenti daha çox korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir. Bu xüsusda, Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi nə birinci, nə də sonuncu haldır. Bu kimi halların qarşısını almaq üçün Azərbaycan xarici media platformaları və xarici siyasi arenalarda həyata keçirdiyi işlərin əhatə dairəsini genişləndirməlidir. Azərbaycanın xarici siyasəti ilə bağlı istər Avropada istərsə də qurumun üzv olduğu ölkələrin medialarından davamlı yazılar dərc olunmalıdır. Avropa Parlamenti üzv ölkələrin diaspor təşkilatları ilə sıx münasibət qurulmalıdır. Görünən odur ki, erməni lobbisinin bu istiqamətdə həyata keçirdiyi işlər indiki məqamda belə qərarların qəbul olmasına səbəb olub. Ancaq biz də boş dayanmalı deyilik.

“Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq öz həllini tapıb. Bu rəsmi sənədlərdə kifayət qədər açıq və aydın şəkildə izah olunur. Maraqlıdır ki, Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü yada düşmür. Belə olan halda Avropa Parlamentinin demokratik dəyərlərə nə dərəcədə hörmətlə yanaşması və nəinki Azərbaycanla bağlı, eyni zamanda, qəbul etdiyi bütün qərarlara şübhə ilə yanaşmalı olursan.

Avropa ölkələri ekofəalların Laçın yolunda aksiya keçirməsini tez-tez gündəmə gətirirlər. Ancaq qeyd olunmur ki, bu yol vasitəsilə Azərbaycanın təbii sərvətləri xaricə, elə Avropaya daşınırdı. Bəli bu onlara sərf edirdi ki, bu təbii sərvətlərdən əldə olunan gəlirlərdən Avropa Parlamentinin nümayəndələri, ermənilər və onların havadarları külli miqdarda gəlir əldə etsinlər. Artıq bu qapı onlar üçün bağlanıb. Azərbaycan dövləti atdığı addımları beynəlxalq hüququn normaları çərçivəsində həyata keçirilir. Bütün bunların fonunda qəbul olunacaq sənəd daha çox Avropa Parlamentinin nüfuzuna xələl gətirəcək və gələcəyini sual altına qoyacaq”, - deyə İltizam Yusifov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO