AZƏRBAYCAN FUTBOLUNUN BEYNƏLXALQ MİQYASDA TƏBLİĞİ İSTİQAMƏTİNDƏ İŞLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, son zamanlar Azərbaycan futbolunun təbliği məqsədi ilə bir sıra yeni layihələr həyata keçirilir. Futbol üzrə XVI milli çempionatın ilk turundan etibarən güclülər dəstəsində çıxış edən komandalar arasında keçirilən bütün oyunların hesabları onlayn rejimdə AFFA-nın saytında öz əksini tapmışdır.
Əsas və müxtəlif yaş qruplarından ibarət yığmaların ayrı-ayrı turnirlərdə, o cümlədən yoldaşlıq görüşləri çərçivəsində keçirdikləri oyunların hesabları da bu sayt vasitəsilə diqqətə çatdırılır.
Müxtəlif ölkələrin futbol çempionatlarının və beynəlxalq turnirlər çərçivəsində keçirilən oyunların hesablarını onlay rejimdə yayımlayan soccerstand.com saytında Azərbaycan çempionatında keçirilən matçların nəticələrini əks etdirən xüsusi link yaradılmışdır. Bunu Azərbaycan futbolunun beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən tədbirlərdən biri hesab etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]