Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır

Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır

Bakı, 2 mart, AZƏRTAC

Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı aparılan sosial siyasətin əhalinin həyat səviyyəsinə real təsiri əsasında qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru gəlirlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsidir. Başqa sözlə, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, son 12 il ərzində 3,4 dəfə iqtisadi artıma nail olan və bu dövrdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi Azərbaycanda əhalinin maddi təminat və rifah göstəriciləri də mütəmadi yüksəlməkdədir. Respublikada aparılan sosial-iqtisadi inkişaf siyasətinin prioritetlərinə uyğun olaraq, qeyri-neft sektorunun genişlənməsi, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın dəstəklənməsi, regional inkişaf proqramları nəticəsində son 12 ildə 1,4 milyondan çox yeni iş yerinin açılması sosial rifahda mühüm faktor kimi çıxış edən məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olub. İqtisadiyyatda məşğul əhalinin sayı 16 faizədək artaraq, iqtisadi fəal əhalinin artıq 95 faizdən çox hissəsini təşkil edib. Beləliklə də işsizliyin 4,9 faizədək azaldığı ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşması nəticəsində yoxsulluğun kəskin şəkildə azalaraq 5 faizə enməsinə nail olunub. Bu mühüm uğur, eyni zamanda, hələ 2000-ci ildə ümummilli lider Heydər Əliyevin imzası ilə Azərbaycanın da qoşulduğu BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin, o cümlədən yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi ibtidai təhsilin təmin edilməsi, uşaq ölümünün azaldılması və s. sosial problemlərin həlli ilə bağlı öhdəliklərin ölkəmiz tərəfindən yüksək səviyyədə icrasının təzahürüdür.

Digər tərəfdən ölkəmizdə orta ömür uzunluğunun, savadlılıq dərəcəsinin artması, səhiyyə, təhsil almaq imkanlarının, adambaşına düşən ÜDM-in çoxalması və s. müsbət amillər nəticəsində Azərbaycanın BMT-nin “İnsan inkişafı hesabatı”nda mövqeyi daim yaxşılaşır. Hesabatda Azərbaycan 2013-cü illə müqayisədə 2014-cü ildə daha 6 pillə irəliləyərək 187 ölkə arasında 76-cı yeri tutub. BMT-nin İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair dərc etdiyi “İnsan inkişafı naminə əmək” adlı məruzəsində də həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı, təhsil, mədəni inkişaf və s. sahələrdə ölkəmizdə əldə olunan uğurlar dəyərləndirilib və Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib.

2015-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafının yekunları da göstərir ki, kəskinləşən qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda iqtisadi artım dinamikası davam edir, büdcə-fiskal dayanıqlığı təmin olunur. Qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorları olan ölkələrin milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab olunur. Milli iqtisadiyyatın bu risklərə hazır olması və mənfi xarici iqtisadi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, respublikada yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadi şaxələndirmə və neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sayəsində mümkün olub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Sərəncamı bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür. Sərəncama əsasən qeyd olunan kateqoriyadan olan şəxslərin ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb. Qeyd olunan vəsait dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası, yəni nazirlik tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub. Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün ölkənin 52 rayonunda 375 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Onlardan 10 rayon üzrə inşası başa çatmış 65 fərdi ev, habelə 3 şəhərdə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, eləcə də Tərtər rayonunda 54 mənzilli yaşayış binası cari ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Beləliklə, ötən dövrdə 175 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Müharibə əlilləri və şəhid ailələri üçün hazırda respublikanın bölgələrində 310 fərdi ev tikilir ki, onlardan 73 evin inşası artıq tam yekunlaşıb, qalan evlərin isə böyük əksəriyyətinin tikintisi tamamlanmaq üzrədir. Yaxın vaxtlarda Salyan, Sabirabad, Şabran, Siyəzən, Ağdaş, İmişli və digər rayonlarda yeni fərdi evlərin, habelə Bakı şəhərində hazır yaşayış binalarından alınmış mənzillərdən təmir işləri başa çatdırılmış 88 mənzilin müharibə əlilləri və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulur. Bu kateqoriyadan olan şəxslər üçün İmişli və Beyləqan rayonlarının hər birində bir 54 mənzilli, Şamaxı rayonunda isə bir 36 mənzilli yaşayış binasında tikinti işləri də artıq yekunlaşmaqda, Bakıda 96 mənzilli yaşayış binasının inşası isə davam etdirilməkdədir.

Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanı ilə nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması ötən il nazirliyin həyatında mühüm islahatlardan biri olub. Ünvanlı dövlət sosial yardımı üçün elektron şəkildə ediləcək müraciətlərə baxılması üçün ailələrlə bağlı tələb olunan məlumat və arayışların elektron qaydada əldə edilməsi məqsədilə sistemdə “Elektron hökumət” portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyası nəzərdə tutulur. Yeni sistemin tətbiqi ünvanlı dövlət sosial yardımlarının təyinatına məmurların müdaxilə imkanlarını aradan qaldıraraq, tam şəffaflıq təmin edəcək.

Dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, ötən il nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması əlilliyin müəyyən olunması sahəsində məmur-vətəndaş təmaslarının minimuma enməsinə və şəffaflığın təminatına hesablanıb. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə olunacaq. Əlillik müayinəsinin nəticəsinə dair məlumatın öyrənilməsi üçün isə vətəndaşlara artıq geniş imkanlar yaradılıb. Yəni vətəndaş həm nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən istifadə etməklə, həm də daha asan şəkildə, sadəcə telefonla nazirliyin 142-Çağrı mərkəzinə müraciət etməklə bu məlumatı əldə edə bilir.

Cari ilin yanvar ayında əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı yeni Əsasnamə təsdiq edilib. Bu sənədə əsasən, Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən beş il müddətinə uzadılıb, əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi isə müddətsiz müəyyən olunub. Artıq keçən ilin dekabrından ilkin əlillik təyinatları barədə qərarlar zona TSEK-ləri tərəfindən deyil, nazirlikdə yaradılmış səyyar komissiyalar tərəfindən, ciddi və obyektiv şəkildə aparılan müayinələr nəticəsində qəbul edilir. Bunun müsbət nəticəsi kimi, müraciət edənlər sırasında əlillik təyin olunanların sayında əhəmiyyətli azalma özünü göstərir. Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanı ilə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılmasının müvafiq sahədə idarəetmənin təkmilləşməsində, tibbi-sosial reabilitasiya tədbirlərinin daha səmərəli təşkilində mühüm rol oynayıb.

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə əhalinin artımı və respublikanın inkişaf perspektivləri, iqtisadi prioritetlər nəzərə alınmaqla uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının hazırlanması barədə müvafiq tapşırıq verilib. Dövlət başçısının tapşırığının icrası olaraq, Konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur.

Ötən dövrdə ölkəmizdə əldə olunan sosial-iqtisadi inkişaf dinamikası və yeni iş yerlərinin açılması şəraitində məşğulluq imkanlarının mütəmadi artması gənclərin məşğulluq səviyyəsinin də ildən-ilə artmasına şərait yaradıb və Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biridir. Həmçinin son illərdə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də məhz gəncləri əhatə edir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40 faizini (11604 nəfər) gənclər təşkil edib. Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1626 nəfərin 29 faizi (471 nəfər), Xidmətin Əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2 faizi (1738 nəfər) gənclərdən ibarət olub. Gənc işçi qüvvəsinin əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri üçün görülən işlər də uğurla davam etdirilir. Keçən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4147 nəfər vətəndaşın 71,5 faizi (2964 nəfər) məhz gənclərdir.

Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud gənclərə diqqət və qayğısının növbəti təzahürü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yaradılması həmin gənclərin peşə reabilitasiyası istiqamətində tədbirlərin xeyli güclənməsinə şərait yaradıb. Dövlət başçısının iştirakı ilə açılışı olan bu Mərkəzdə ötən müddətdə ölkəmizin müxtəlif bölgələri üzrə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub.

Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə tədbirlər tələbə və məzunları da əhatə edir. Təkcə ötən il “Karyerada ilk addım” devizi altında respublikanın 11 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə tələbə və məzunlara əmək bazarı barədə ətraflı məlumatlar verilərək onlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulması təmin olunub. Bununla yanaşı, son illərdə tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə praktik bacarıqlara malik olmaları üçün ali təhsil müəssisələrində virtual (təcrübə) müəssisələrinin yaradılmasına başlanılıb. Gənclərin düzgün peşə seçiminin onların gələcəkdə uğurlu əmək fəaliyyəti üçün mühüm önəm kəsb edir və bu məqsədlə təkcə keçən il Dövlət Məşğulluq Xidməti tərəfindən 114,6 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətləri verilib. “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsində gənclərin məşğulluğu prioritet istiqamətlərdən biri kimi müəyyən olunacağı nəzərdə tutulur.

Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meyilləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və s. əksini tapacaq.

Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində, ölkə əhalisi artmaqda davam edir. Bu müsbət demoqrafik tendensiya gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Ona görə də daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi yeni Konsepsiya layihəsinin hazırlanması zamanı diqqətdə saxlanılacaq. Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, yeni iqtisadi inkişaf mərhələsində məşğulluq siyasətinin formalaşdırılması, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinə önəm verilməsi, rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması layihədə prioritet istiqamətlər kimi əksini tapacaq. Bu istiqamətlər sırasına işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsi də daxil ediləcək.

Həmin istiqamətlər nəzərə alınmaqla “Azərbaycan Respublikasında Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması üzrə İşçi qrupun müzakirəsi üçün müəyyən edilən məsələlər var. Bu məsələlər sırasına iqtisadi şaxələndirmənin məşğulluğun strukturuna və inkişafına təsirinin qiymətləndirilməsi, əmək bazarında tarazlığı təmin edəcək və məşğulluğu stimullaşdıracaq institusional islahatların istiqamətlərinin müəyyən edilməsi, regionlar üzrə qeyri-neft sektoruna üstünlük verilməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun strukturunun diversifikasiyası, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. aiddir. Həmçinin əmək bazarında peşə və ixtisaslar üzrə kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi metodologiyasının hazırlanması, ali, orta və peşə-ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlikdən icbari sığorta sisteminin tətbiqi, ev təsərrüfatları başçısı olan qadınların əmək bazarına çıxış imkanlarının qiymətləndirilməsi və digər məsələlər nəzərdə saxlanılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib