AZƏRBAYCAN GİMNASTLARI RUSİYADAN VƏ ALMANİYADAN GÜMÜŞ MEDALLA QAYITMIŞLAR
Bakı, 20 aprel (AZƏRTAC). 12 yaşlı Azərbaycan gimnastı Yekaterina Prokopenko Həştərxanda keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış etmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 30 idmançının iştirak etdiyi turnirdə gənc gimnastımız öz yaş qrupunda şəxsi birincilikdə ikinci yeri tutmuşdur.
Almaniyada keçirilən turnirdə Azərbaycanı təmsil edən akrobat qızlarımız da gümüş medalla qayıtmışlar. Qadınların qoşa yarışlarında Ayla Əhmədova - Dilarə Sultanova cütlüyü balans hərəkətində ikinci, sürətli hərəkətlərdə isə birinci yeri tutmuşdur. Finalda bizim duet qarışıq kombinasiya nümayiş etdirmiş və yalnız Belarus cütlüyündən geri qalaraq ikinci yeri tutmuşdur. Turnirdə üçüncü yerə Almaniya dueti çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]