AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI QALİB İDMANÇILARI MÜKAFATLANDIRMIŞDIR
Bakı, 19 iyul (AZƏRTAC). Azərbaycan sərbəst güləşçiləri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsində öz mübarizələrini başa çatdırmışlar.
Pekin Yay Olimpiadasının bürünc mükafatçısı, 2009-cu il Dünya Kubokunun sahibi və 2009-cu il Avropa çempionu Xətaq Qazyumov bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Belduq Qavaşelişviliyə təmiz hesabla (7:0, 3:0) qalib gəlmişdir.
Yığmamızın üzvlərindən 120 kq çəki dərəcəsində mübarizə aparan, 2009-cu il Avropa çempionu və 2009-cu il Dünya Kubokunun digər sahibi Əli İsayev isə qızıl mükafat uğrunda ABŞ güləşçisi Tervel Dlaqnev ilə mübarizədə 1:0, 0:3 hesabı ilə gümüş medala sahib olmuşdur.
Azərbaycan Güləş Fedearasiyası “Qızıl Qran-pri” turnirində qızıl medallara layiq görülmüş güləşçilərimizə 10000, gümüş medalçılara 5000, bürünc medalçılara isə 2000 ABŞ dolları məbləğində mükafat təqdim etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]