Azərbaycan güləşçisi İslam Abbasov Fransa çempionu olub
Bakı, 21 dekabr, AZƏRTAC
Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb. Millimizin üzvü 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kiloqram çəki dərəcəsində erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.
Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində güləşçimizin komandası 5:6 hesabı ilə geridə olub. Məhz İ.Abbasovun 94 kiloqram çəki dərəcəsində Mişonu 9:0 hesabı ilə məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.
Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]