Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
Bakı, 21 oktyabr, AZƏRTAC
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub. Gültəkin Şirinova (53 kiloqram) 1/8 finalda türkiyəli Zeynep Yetgillə bacarmayıb - 0:10. Birgül Soltanova (62 kiloqram) ilk mərhələdə venesuelalı Astrid Xirinosa “tuş”la məğlub olub. Nigar Mirzəzadə (65 kiloqram) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb - 7:1. Güləşçimiz 1/4 finalda qazaxıstanlı Dariqa Abenə “tuş”la qalib gəlib.
Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabı ilə məğlub edən N.Mirzəzadə finala yüksəlib.
Nigar Mirzəzadə sabah həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş Mişa Morikava ilə qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]